Tərcümələr,
15 Mart 2023,
15:40
 Nikolay Qumilovun şeirləri Vaqif Bayatlı Odərin tərcüməsində

Nikolay Qumilyov

 

Mən və siz

 

 

Tay deyiləm sizə, bilirəm bunu,

Bir başqa ölkədən gəlmişəm, azı.

Mənə gitaradan daha xoş gəlir,

Zurnanın çöl ruhu, vəhşi havası.

 

Görmürəm ütülü köynək-pencəkdə,

Hər hansı salonda, zalda yerimi.

Mən əjdahalara, şəlalələrə,

Buludlara oxuyuram şeirimi.

 

İndi ulduzlara baxıb hər gecə,

Nəyisə gözləyən cəngavərlər dəb.

Ancaq xoşdu mənə susuz səhrada,

Su tapıb diz çökən, su içən ərəb.

 

Bir yumşaq yataqda ölməyəcəyəm,

Notaris solumda, həkim sağımda.

Bir gün öləcəyəm isti sarmısaq,

Bir doğma, bir vəhşi dağ çatdağında.

 

Mənim son nəfəsim bir kilsəyə yox,

Bir dağ yarğanına axacaq ancaq.

Yıxılıb bir quldur, ya bir fahişə

Durub başım üstə, qışqıracaq: Qalx!

 

Yuxu

 

Gözəlsən bu gün yenə,

Nə görmüsən yuxunda?

– Sahil, söyüdlər,

Ay işığında...

 

Gəzirdi gecə uzunu,

Gördün sevginin üzünü?

– Gördüm Dezdemonanı,

Bir də özümü.

 

Bəs kimdi orda gizlənən?

Görünən ancaq gözüydü.

– Otelloydu gizlənən,

O, gözəldi.

 

Ay işığı da şeirdi,

Layiqdi hər ikinizə?

– O döyüşçüdü, o şirdi,

Həm də şairdi.

 

Oy, necə oxuyurdu o,

Gizli diləklər haqda.

– Həm də çöllər, biyabanlar,

Gözəl istəklər haqda.

– Dinləyən Dezdemonaydı,

Mən çoxdan dönmüşdüm evə.

                   

                   ***

 

Qırmızı ağacdan qayığım üzər,

Həşəm fleytadan sevgilər süzər.

 

Suyla çıxardılar ipəkdən çirki,

Dərd də çıxar qəlbdən şərabla çünki.

Bir qayığın varsa yelkən qanadlı,

Bir də gül cananın, bir də şərabın –

Daha nə istərsən, nə lazım sənə?!

Bax, bax, bənzəyirsən Göy Dahisinə.

 

                       ***

Bir amerikalıya ərə gedir bu qız,

Amerika aparır burdan bu ceyranı

Bununçün kəşf edib Kolumb Amerikanı?!

 

Tərcümə edən: Vaqif Bayatlı Odər

Tags