Aleksey Parşikov
Şahmatçılar
İki şahmatçı
bölüblər şahmat taxtasını
fikirlərin, əsəblərin, bəxtlərin
sınaq meydançasına.
Hamı neft şahının azarkeşidi,
deyirlər o, əsl kişidi,
azarkeşlik hər kəsin öz işidi,
mən azarkeşiyəm buzlar şahının.
Nə gözləmək olar neft şahından?!
Qəribədi? Heç bir şey!
Soyuq ağıl, soyuq qəlb,
bir də sonunu görən cəsarət!
Bəs onda, kimə lazımdı belə qələbə?!
Şərqə? Ya Qərbə?
Yaxşı keçib Pifaqor məktəbini,
tələsmir buzlar şahı.
bilmək olmur fikrini, mətləbini,
sakitcə gedir oyunun sonuna.
Tamaşa salonuna düzüb o,
Ural dağlarıtək zəngin qadınları,
hünərin var, çıx qabağına,
salondan qadınlar
sehrli dalğalar göndərirlər
buzlar şahına,
(Qadınlar kişilərdən yaxşı bacarırlar belə işləri)
Odur, bax, cürbəcür işarələr.
Parıldayan dırnaqların qalxıb-düşməsi
Topla atın yerdəyişməsi deməkdi.
Ehtiyatlı ol, şahın təkdi!
Məmimki radio dalğalarıdı,
Neft şahının uduzmağıdı onların uzunluğu.
Arxayın oynayır buzlar şahı,
Arxasında vəziri, vəkili,
Hesablama maşınları, hakimlər,
Heç-heçələr torpağı, ordular, sürülər.
Mən tənha azarkeşiyəm belə şahın.
Heç kəsə oxşamır o,
neyləsin yazıq;
var-dövlət yığmaqdan başqa
əlindən bir iş gəlmir.
“Şah!” deyir qabağına çıxana
onunçün ağzı açıq qalmış
şaxta quyusudu qara xana.
Hər fiqur, hər adam gəlir
əlini qoyub cibinə.
Birdən şappıltıyla düşür
Bir dərin quyuya düşəntək
O qara xananın dibinə.