Marina Svetayeva

Bloka yazılan şeirlərdən
Bax budu o –
vurğun qəmə, aşiq dərdə,
Bax budu o –
ordusuz sərkərdə.
Bax, qıjovdan
Ovuc-ovuc su içir o.
Bax! İndi də durub şax!
Dövlətsiz padşah!
Ona hər şey birdi orda –
çörək də, ana da,
şahlıq da, ordu da.
Dön bax ona,
Sahib çıx ondan qalana,
Dön bax,
dostlarsız dost,
bəxtsiz bəxt!
***
Alından öpmək – qəmi götürmək,
Alından öpürəm.
Gözlərindən öpmək – yuxu gətirmək,
Gözlərindən öpürəm.
Dodaqlarından öpmək – susuzluğu yatırmaq,
Dodaqlardan öpürəm.
Alından öpmək – yaddaşı itirmək,
Alından öpürəm.
Tərcümə edən: Vaqif Bayatlı Odər