Tərcümələr,
17 Aprel 2023,
17:17
Marina Svetayevanın şeirləri Vaqif Bayatlı Odərin tərcüməsində

Marina Svetayeva

Bloka yazılan şeirlərdən

 

Bax budu o –

vurğun qəmə, aşiq dərdə,

Bax budu o –

ordusuz  sərkərdə.

 

Bax, qıjovdan

Ovuc-ovuc su içir o.

Bax! İndi də durub şax!

Dövlətsiz padşah!

 

Ona hər şey birdi orda –

çörək də, ana da,

şahlıq da, ordu da.

 

Dön bax ona,

Sahib çıx ondan qalana,

Dön bax,

dostlarsız dost,

bəxtsiz bəxt!  

 

 

***

 

Alından öpmək – qəmi götürmək,

Alından öpürəm.

 

Gözlərindən öpmək – yuxu gətirmək,

Gözlərindən öpürəm.

 

Dodaqlarından öpmək – susuzluğu yatırmaq,

Dodaqlardan öpürəm.

 

Alından öpmək – yaddaşı itirmək,

Alından öpürəm.

 

Tərcümə edən: Vaqif Bayatlı Odər

Tags