Boris Pasternak
Məşhur olmaq ayıbdı
Məşhur olmaq ayıbdı,
Ucalıq deyil heç kəsə.
Ayıbdı arxiv yığmaq,
Hər şey üçün əsə-əsə.
Yazmaq qurban verməkdi,
Nə uğurdu, nə ad almaq.
Ayıbdı için bomboşkən,
Hamının əzizi olmaq.
Yalansız yaşamaq gərək,
Hey dinləmək göy üzünü.
Ordan sevgilər gözləmək,
Həm də sabahın sözünü.
Qəlbində baş məqsədinçün,
Bir yanda boş yer saxlamaq.
Kağızda yox, taleyində
Ancaq onunçün ağlamaq.
Atılmaq bilinməzliyə,
Ordan nəsə gözləməyə.
Yer dumandan gizlənəntək,
İzini də gizləməyə.
Ayıra bilməmək heç vaxt,
Uduzmaqla qələbəni.
Bir gün təptəzə izinlə,
Kimsə düşüb gəzər səni.
Beləcə, heç vaxt özündən,
Qaçmamalısan sonacan.
Diri, canlı olmalısan,
Son nəfəsə, son anacan.
Tərcümə edən: Vaqif Bayatlı Odər