Məqalələr,
10 Aprel 2023,
14:50
Bir bayrağımızdan aşağıda dalğalanırq + Vaqif Bayatlı Odər yazır

Vaqif Bayatlı Odər

 

Biz bay­ra­ğı­mız­dan aşa­ğı­da dal­ğa­la­nı­rıq...

 

2002-ci il mar­tın 5-də Azər­bay­can Yazıçılar Birliyinin “Natavan” klubunda Azər Turanın  “Əbə­di Tu­ran” ki­ta­bı­nın təqdimat mərasimində çıxış.

Əziz Azər bəy.

Bir var ildırım, bir də var onun şəpəsi. Bizim canımızdan keçən ildırımın şəpəsinin şəpəsinin şəpəsidi. Əsl gizilti Turan xanımın canından keçib. Əsl gizilti xalqın istiqlalının, türk sözünün canından keçib.

Də­fə­lər­lə fi­kir­ləş­mi­şəm, Azər­bay­ca­nın ana­sı ki­mi ad­lan­dır­maq ola­r? Bu gün mə­nə ila­hi­dən bir səs gəl­di ki, bu an­caq Tu­ran xa­nım ola bi­lər. Tu­ran xa­nım tək­cə Ca­vi­din qı­zı de­yil, Tu­ran xa­nım mif­di, Tu­ran xa­nım Azərbaycan ədə­biy­ya­tın­dan yu­xa­rı­da da­ya­nan bir ha­di­sə­dir. O həm də Azər­bay­can ədə­biy­ya­tı­nın ana­sı­dır. Dü­şü­nü­rəm, Hü­seyn Ca­vid in­gi­lis ol­say­dı, nə olar­­dı­­? Bü­tün dün­ya­nın te­atr­la­rı, şüb­hə­siz, Ca­vi­din əsərlərini qo­yar­dı…

Mən in­gi­lis ədə­biy­ya­tı­na da, Azər­bay­can ədə­biy­ya­tı­na da to­xun­muş bir adamam. Bi­lir­si­niz, To­mas Eli­ot dün­ya ədə­biy­ya­tın­da ye­ni bir epo­xa yaradan sə­nət­kar sa­yı­lır. Mən in­gi­lis şei­ri­nin ən bö­yük nü­ma­yən­də­si olan To­mas Elio­tun 25 şe­ri­ni türk di­li­nə çe­vir­mi­şəm və duy­mu­şam ki, Azər­bayca­nın çağ­daş şei­ri To­mas Eli­ot sə­viy­yə­sin­dən da­ha yu­xa­rı­da­dır.

Dün­ya­da türk fe­no­me­ni de­yi­lən möh­tə­şəm bir fe­no­men var. Azər­bay­can fe­no­me­ni də türk fe­no­me­ni­nin tər­ki­bin­də­dir. Bi­zim gö­zə­li­miz Tür­ki­yə Av­ro­pa­nın qa­pı­sın­da da­ya­nıb Av­ro­pa Bir­li­yi­nə gir­mə­yə cəhd edir və onu hər cür al­çalt­ma­ğa ça­lı­şır­lar.

Əli bəy Hü­seyn­za­də ya­rat­mış­dı av­ro­pa­lı­laş­maq, türk­ləş­mək, is­lam­laş­maq düs­tu­ru­nu. Biz isə Əli bəy Hü­seyn­za­də­nin düs­tu­run­dan qı­raq­da qal­dıq.

Biz bay­ra­ğı­mız­dan aşa­ğı­da da­yan­mı­şıq. Bay­ra­ğı­mız tək fi­zi­ki cə­hət­dən biz­dən yu­xa­rı­da dal­ğa­lan­mır. Biz bay­ra­ğı­mız­dan aşa­ğı­da dal­ğa­la­nı­rıq.

Di­li­miz türk di­li ola-ola mi­nil­lər­lə da­mar­la­rın­da türk qa­nı da­şı­yan­lar da de­di ki, Azər­bay­can di­li türk di­li de­yil.

Di­li­miz türk di­li­dir və bu dil dün­ya­nın ən qə­dim di­li­dir. Bir alim de­yir­di ki, bu di­li san­ki li­sa­niy­yət alim­lə­ri ya­ra­dıb­lar. Bu dil şe­ir di­li­dir. Ahəng qa­nu­nu olan bir dil­dir…

Nə üçün türk döv­lət­lə­ri Tu­ran mə­də­ni an­la­mı­na gə­lə bil­mi­rlə­r? Biz Tu­ran mə­də­ni an­la­mı­na gə­lə bil­mə­mək­lə Tu­ran xa­nım­dan uzaq­laş­mı­şıq. Tu­ran xa­nı­mın bü­tün hə­ya­tı bi­zə bun­la­rı an­la­dır. Mən bü­tün bun­la­rı da­nı­şar­kən ha­mı­nın, bü­tün Azər­bay­ca­nın adın­dan Tu­ran xa­nım­dan çək­di­yi əziy­yət­lə­rə gö­rə üzr is­tə­yi­rəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Tags