Tərcümələr,
10 Aprel 2023,
14:43
Muhaməd Salihin şeirləri Vaqif Bayatlı Odərin tərcüməsində 

Özbək türkcəsi şeirinin “prezidenti”


Dünyanın onlarla ölkəsində şeirləri, müsahibələri çap olunmuş məşhur özbək şairi Muhamməd Salih poeziyasına və demokrtaiya uğrunda mübarizəsinə görə təkcə qardaş Özbəkistanda yox, çağdaş dünyamızın  çox yerində yaxşı tanınır, əsərləri müxtəlif dillərə tərcümə edilir, çap olunur.

Fikrimcə o, çağdaş dünya şeirinə, İlahi şeirə daha çox yön verən şairlərdən biridir.

Təəssüf ki, o, iyirmi ildən artıqdır, öz məmləkətinə dönə bilmir. Onu orda həm də şərq şairlərinin şeirlərinin “sevimli” obrazlarından biri olan zindan gözləyir. Yeri gəlmişkən, qeyd edim ki, Muhamməd Salihin və mənim də dostum, bir çox Avropa dillərinə əsərləri tərcümə olunmuş özbək yazıçısı Məmmədəli Mahmud artıq on üç ildən artıqdır ki, həbsdədir. Onun kiçik hekayələri, miniatürləri vaxtilə “525-ci qəzet”də və “Xəzər” dərgisində çap olunmuş və oxucularımızin böyük rəğbətiylə qarşılanmışdı. Onun tezliklə azad olmasını diləyirik.

Muhamməd Salihin şeirlərini özbək türkcəsindən Azərbaycan türkcəsinə çevirərkən bəzən bizə bir az anlaşılmaz kimi görünən sözləri, ifadə etmələri orijinalda olduğu kimi saxladım. Biz türk qardaşlar bir-birimizi daha yaxşı anlamaq üçün ilkin dövrlərdə bu çağı da keçməliyik. Əslində, hər şey anlaşılır, bəziləri hərdən ya səbrsizlik göstərir, ya sadəcə çığallıq edir, ya da, nə etmək olar, Allah onlara dilləri, sözləri duymaq qabiliyyəti verməyib. Hər halda Allah nə etdiyini özü dəqiq bilir.

Muhamməd Salihin Türkiyədə çap olunmuş kitabına Türkiyənin məşhur dövlət adamı, həm də şair olan Bülənt Əcəvitin yazdığı ön sözdə deyilir: “... ayrı-ayrı ölkələrdə yaşayan türklər arasındakı kültür bağını və dayanışmanı gücləndirmənin bəlkə də ilk addımı bir-birinin şeirini tanımaq olardı. Dəyərli özbək şairi Muhamməd Salihin şeirlərinin Türkiyə türkcəsində yayımlanmasını buna görə də sevinclə qarşılayıram.

Bir siyasətçi olaraq Muhamməd Salih və onunla birlikdə Özbəkistanda demokratikləşmə hərəkatına öncüllük edən dostları bu gün hələ bir baxıma yerdən yerə vurulurlar. Amma Muhamməd Salih bu basqılara öz dilində:

Əgər bir kimsə məni yerə vurmasaydı,

göyə necə sıçraya bilirdim,

– deyə  meydan oxuyan bir politikaçı ozandır.

Muhamməd Salihin şeirlərini ortaq türkcəmizə yaxın Azərbaycan türkcəsində verməklə həm də mərhum Bülənt Əcəvitin ruhunun şad olmasını diləyirik.

Əziz oxucular!

Muhamməd Salihin şeirlərinin Azərbaycan türkcəsinə çevirisini tezliklə daha geniş şəkildə “Xəzər” dərgisində oxuya bilərsiniz.

 

 

 

Muhamməd Salih

 

 Qəfəsdəki siçan

 

 Qəfəsdəki bu siçan

 bir zamanlar bülbül idi.

 

 Bir zamanlar pırıl-pırıl uçurdu o,

 indi ayaqlar altında.

  

Əvvəllər ovçudan qorxardı yazıq,

indi pişikdən.

Bir zamanlar

danüzü cik-cik edərək

bizi oyadardı bu siçan.

  

Adam cəmlənib 
hakim olsa özünə

  

Vücuddamarlarını qapat,

 buraxma o yerə satqın titrəməni,

  

Köksə qızardılmış dəmir

 basanda düşmən,

 ağızaçılıb söyləmə ürək sirrini

 

 Qışqırıb bağırmaboğaz,

 inləyib xırıldama əzabdan,

 

 Adam cəmləsə özünü,

 özünü bir meydana toplasa,

 təkbaşına böyük bir ordu olar o.

 

 Başaq kimi müxtəsər

  

Başaq kimi müxtəsər,

dən kimi kiçik,

 bir şeirbir əsər,

 İlahimlütf et.

 

 Çox deyilazacıq,

 ta kikiçik bir qızın

 bülbültək  balaca

 ovcuna sığsın.

  

Günah

 

 Günahlarımı o yandan alıb

 bu yana qoyaram.

 Yaşlılığımdan alıb

 cocuqluğuma.

 

 Cocuqluğumdan alıb

 əbəliyin boynuna asaram.

 

 Nəhayətbəbəlikdən alıb ...

 hara qoyacağımı bilmirəm,

 ancaq haykırıram dəlilərtək:

 – Nə günahı var bu bəbənin?!

 

    Sevinc

 

Sevincək çıxıram evdən,

sevincək girirəm evə,

nə oldu mənəbilmirəm.

 

Göylərdə səkməyim gəlir,

yerdə ağnamağım gəlir,

bu nə bəlabilmirəm.

 

Gülərəminsanlar baxmaz,

gülərəmdurmadan gülərəm,

bir kimsə toxtatmaz məni amma.

 

Bir kimsə yardım əli uzatmaz,

qanrılıb baxmaz bir adam balası

sevincdən ölməkdə olan adama.

 

 Talesiz adamın dediyi

 

Taleyə bax kievim yox,

yanıb gedərdiolsaydı əgər.

 

Bağım yoxmin kərə şükür,

quruyub qalardıolsaydı əgər.

 

Bəxtim gətirib kibəxtsiztalesizəm,

bir daha talesiz olardım yoxsa.

  

Vaxt

 

Sim üstdə bir quş oturubdu,

o haqda yazmaq şərtmidir?

 

Quşcığaz ora-bura baxmağa başladı,

bunu demək zərurətmidir?

 

Quşcığaz uçub getdi,

dəftərimdəki cızıqlar bom-boş simlərtək

bir an titrəyib durdu.

 

Tags